Logo

"Düzgün seçilmiş ali məktəb, düzgün dostluq mükəmməl karyera qurmağa təminat yaradır" - Deputat

06.07.2021 09:09 1411 baxış
IMG

Geniş anlamda texnologiya insanın öz keçmişinə və ətraf mühitə münasibətinin dəyişməsinin vasitəsidir. Məsələn elektrikin kəşfi keçmişə və yaşadığımız günlərə münasibətimizi dəyişdi.

 

İnsanlar daha çox oxumağa və öyrənməyə başladılar. Başqa bir texnologiyanı götürək, əvvəllər konsertləri yalnız konsert zallarında eşitmək olurdu. Lakin indi öz mənzilində istənilən vaxt konsert zallarındakı konsertlərə baxa bilərsən. Həmçinin filmlərə də. Texnologiyalar çoxəsrlik ənənələri və ətraf aləmi dəyişdilər. İndiki dünya daha çox texnologiyalardan asılıdır.

 

Görkəmli tədqiqatçı Corc Fridman özünün “Amerika İmperiyası: Proqnoz 2020-2030” adlı məşhur kitabında yazır ki, bütün texnokratik yollar Universitetdən keçir. Müəllifə görə Universitet öz tələbələrinə üç üstünlük verir:


Birinci üstünlük: Geniş biliklər qazanmağa və peşəkar həyat yoluna qədəm qoymaq imkanları yaradır. Tədqiat aparmaq bacarığı formalaşdırır.


İkincisi diplomdur. Karyeranın başlanğıc kritik fazasında bütün məzunlara eyni sual verilir. İxtisasınız nədir və nəyi bitirmisiniz? Sizin bitirdiyiniz ali məktəb sizin təfəkkürünüzün strukturunu  anlamağa kömək etməlidir.


Üçüncü üstünlük: Həyatın sonrakı mərhələlərində faydalı olan əlaqələr yaradır. Düzgün seçilmiş ali məktəb, düzgün dostluq mükəmməl karyera qurmağa təminat yaradır. Digər tərəfdən, düzgün seçilməyən ali məktəb yaxşı olmayan qulluq yaradır və ya karyeranı  çətinləşdirir.

 

Etibar Əliyev

Xəbər lenti